Lopes Obrador Meksikadakı prezident seçkilərində de-fakto qalib gəlib

Lopes Obrador Meksikadakı prezident seçkilərində de-fakto qalib gəlib Bakı. 2 iyul. REPORT.AZ/ Meksikanın Birlikdə tarix yaradaq sol koalisiya qüvvələrindən prezidentliyə namizəd Andres Manuel Lopes Obrador prezident seçkilərində səslərin hesablanması başa çatdıqdan xeyli əvvəl səsvermələrdə de-fakto qalib gəlib.
Digər ölkələr
2 İyul , 2018 08:01
Lopes Obrador Meksikadakı prezident seçkilərində de-fakto qalib gəlib

Bakı. 2 iyul. REPORT.AZ/ Meksikanın "Birlikdə tarix yaradaq" sol koalisiya qüvvələrindən prezidentliyə namizəd Andres Manuel Lopes Obrador prezident seçkilərində səslərin hesablanması başa çatdıqdan xeyli əvvəl səsvermələrdə de-fakto qalib gəlib.

"Report"un məlumatına görə, bu barədə TASS xəbər verib.

Son məlumatlara görə, o, 46,9 faiz seçici səsi toplayıb. Obradorun üç rəqibinin hər biri onu seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib. Onlardan biri - Xose Antonio Mid məğlubiyyətini etiraf edib. O, Lopes Obradora uğurlar arzulayıb.

Artıq bir sıra dövlət başçıları, o cümlədən ABŞ prezidenti Donald Tramp, habelə Venesuelanın dövlət başçısı Nikolas Maduro Lopes Obradoru seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Son xəbərlər

Orphus sistemi