Bakı. 22 mart. REPORT.AZ/ Böyük Britaniya parlamenti yaxınlığında baş verən insidentin istintaqı "terrorçuluq" maddəsi üzrə aparılır.
"Report" xəbər verir ki, bu barədə məlumat London polisinin "Twitter" səhifəsində yerləşdirilib.
Hadisənin başqa başvermə xarakteri barədə məlumat əldə olunacağı təqdirdə, iş tövsif oluna bilər.
İlkin məlumata görə, hadisə bu şəkildə baş verib: Vestminster körpüsündə avtomobil ilə hərəkətdə olan naməlum kişi maşını piyadaların üzərinə sürməyə başlayıb. O, təqribi olaraq 8-12 nəfəri vurub, lakin sonda maneəyə çırpılıb. Daha sonra kişi maşından çıxıb və bıçaqla polislərdən birinə xəsarət yetirib, ardınca polisin həmkarları caniyə atəş açaraq onu öldürüblər.