Bakı. 12 noyabr. REPORT.AZ/ Londonun meri Sadiq Xan Britaniyanın XİN rəhbəri Boris Consonu istefaya çağırıb.
"Report" xəbər verir ki, o, "BBC"ə müsahibəsində belə bir təkliflə çıxış edib.
Onun sözlərinə görə, Conson əsas vəzifəsini - diplomat olmaq borcunu yerinə yetirə bilməyib. Londonun meri xüsusi olaraq qeyd edib ki, Conson öz fikirləri ilə Liviya, ABŞ, həmçinin İspaniya sakinlərini təhqir edib.
Xatırladaq ki, ötən ay yerli KİV Böyük Britaniyanın baş naziri Tereza Meyin Boris Consonun vəzifəsindən uzaqlaşdırılması mümkünlüyünü nəzərdən keçirdiyini yazıb.