Londonda baş vermiş insident zamanı bir neçə nəfər ölüb, yaralılar var - VİDEO - FOTO - YENİLƏNİB

Londonda baş vermiş insident zamanı bir neçə nəfər ölüb, yaralılar var - VİDEO - FOTO - YENİLƏNİB Şahidlər polislərin atəş açdığını bildirib
Digər ölkələr
4 İyun , 2017 03:02
Londonda baş vermiş insident zamanı bir neçə nəfər ölüb, yaralılar var - VİDEO - FOTO - YENİLƏNİB

Bakı. 4 iyun. REPORT.AZ/ İngiltərənin paytaxtında London-Bridc körpüsü üzərində baş vermiş insident zamanı bir neçə nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "BBC" telekanalı polisə istinadən məlumat yayıb.

Telekanal bildirib ki, hadisə yerində olan polis ölənlərin olduğunu xəbər verib. Lakin ölənlərin dəqiq sayı açıqlanmır.

"The Telegraph" isə polisdəki mənbəyə əsasən insident zamanı azı 2 nəfərin həlak olduğunu xəbər verib. 

Qeyd edək ki, Londonun mərkəzindəki körpüdə sürücü mikroavtobusu piyadaların üzərinə sürüb. Nəticədə 20-dək insan xəsarət alıb. 

Hadisə yerində insanlar təxliyə ediliblər. Əraziyə silahlı polislər cəlb olunub.



***02:00

Londonun mərkəzindəki körpüdə sürücü mikroavtobusu piyadaların üzərinə sürüb.

"Report"un məlumatına görə, bu barədə "BBC" (Bi-Bi-Si) telekanalı xəbər verib.

"The Sun"ın məlumatına görə isə, hadisə yerində insanlar təxliyə ediliblər. Əraziyə silahlı polislər cəlb olunub.

Şahidlər polislərin atəş açdığını bildirib.

"Biz qaçmağa məcbur olduq. Çoxlu sayda atışma vardı" deyə hadisə şahidlərindən biri bildirib.

"Sun" nəşri də London körpüsündə atışma səslərinin gəldiyini xəbər verib. Lakin nəşr hadisə şahidlərinə əsasən bir neçə nəfərin bıçaq xəsarətləri aldığını bildirib.

"Telegraph" isə 15-20 nəfərin xəsarət aldığını bildirib. Yerli KİV hadisə nəticəsində 1 nəfərin öldüyünü bildirib.

Son xəbərlər

Orphus sistemi