Londonda terror aktını törədən şəxsin kimliyi müəyyənləşdirilib

Londonda terror aktını törədən şəxsin kimliyi müəyyənləşdirilib Bu, 52 yaşlı Xalid Məsuddur
Digər ölkələr
23 Mart , 2017 19:51
Londonda terror aktını törədən şəxsin kimliyi müəyyənləşdirilib
Foto: EPA/ANDY RAIN

Bakı. 23 mart. REPORT.AZ/ Britaniya polisi Londonda terror aktı törətmiş şəxsin kimliyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu, 52 yaşlı Xalid Məsuddur. O, Kent qraflığında doğulub.

Təhqiqatçıların sözlərinə görə, Xalid Məsud son vaxtlar Qərbi Midlends qraflığında yaşayıb. Qeyd edək ki, Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

İnsanlara atəş açmış X.Məsud polis tərəfindən öldürülüb.

Son xəbərlər

Orphus sistemi