Londonda yarmarkadan 3 milyon funt sterlinq dəyərində zinət əşyası oğurlanıb

Londonda yarmarkadan 3 milyon funt sterlinq dəyərində zinət əşyası oğurlanıb Polis bir nəfər də olsun şahid tapa bilməyib
Digər ölkələr
8 İyul , 2017 09:49
Londonda yarmarkadan 3 milyon funt sterlinq dəyərində zinət əşyası oğurlanıb

Bakı. 8 iyul. REPORT.AZ/ London polisi “Masterpiec” əntiq mallar yarmarkasından oğurlanan, dəyəri 3 milyon funt sterlinq olan bəzək zinət əşyası ilə bağlı araşdırmanı davam etdirir.

“Report” “The Art Newspaper”yə istinadən xəbər verir ki, zinət əşyası yarmarkanın İsveçrə zərgərlik stendindən oğurlanıb.

Polis bir nəfər də olsun şahid tapa bilməyib. Məlumata görə, yarmarkada gecə-gündüz mühafizə və video müşahidə sistemi fəaliyyət göstərir.

Qeyd edək ki, bu il həmin yarmarkanı 44 min nəfər ziyarət edib. 

Son xəbərlər

Orphus sistemi