Yuxarı

Londonda terror hücumlarının qarşısını almaq məqsədilə polis patrulları gücləndirilib

London polis rəisi: Küçələrdə təhlükə qarşılığında cavab verə biləcək silahlı zabitlərin olması vacibdir

Bakı. 3 avqust. REPORT.AZ/ Bu gündən etibarən London küçələrində daha çox silahlı polis olacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə London meri Sadiq Xan və London polis rəisi ser Bernard Hoqan-Hou bildiriblər.

Şəhər hakimiyyəti Avropada tez-tez baş verən terror hücumlarından, o cümlədən Fransada Nitsada yük maşının Bastiliya qalasının alınması gününü bayram edən kütlənin üzərindən keçməsindən sonra belə tədbirlər görmək qərarına gəlib.

"Almaniya, Belçika, Fransada terror hücumları olub. Ölkəmizin bunları görməzdən gəlməsi ağılsızlıq olardı. Ona görə də küçələrdə təhlükə qarşılığında cavab verə biləcək silahlı zabitlərin olması vacibdir", - deyə B.Hoqan-Hou bildirib.

Onun sözlərinə görə, silahlı polislər şəhərin bəzi bölgələrində gecə-gündüz patrul çəkəcək. Bu mənada söhbət ilk növbədə turistlərin görməli yerlər kimi baş çəkdikləri və insanların sıx toplaşdığı məkanlardan gedir.

Qeyd edək ki, daha əvvəl polis şəhər küçələrində silahlı polislərin sayını 600 nəfərə qədər artırmaq planları haqqında məlumat vermişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi