Britaniya polisinin antiterror bölməsinin əməkdaşları Londonun cənub-qərbində partlayıcı maddənin saxlanılmasında şübhəli bilinən 53 yaşlı kişini yaxalayıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın hüquq-mühafizə orqanlarının saytında yerləşdirilmiş xəbərdə bildirilir.
Saxlanılan şəxs terror aktına hazırlıq və ya təhrikçilikdə təqsirkar bilinir. Polis onun evində axtarış aparır.
Qeyd edilir ki, risklərin qiymətləndirilməsindən sonra ətrafdakı ərazilərin sakinləri üçün təxliyyədən imtina barədə qərar qəbul olunub.