Londonda terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Londonda terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb Onlardan biri kişi, digəri isə qadındır
Digər ölkələr
20 Aprel , 2017 22:56
Londonda terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
EPA/UPG

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün İngiltərənin paytaxtı Londonun müxtəlif rayonlarında terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Skotlend-Yardın saytında məlumat yerləşdirilib.

"Anti-terror polisinin əməkdaşları bu gün səhər Londonun qərbində 20 yaşlı kişini saxlayıblar", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, saxlanılan şəxs terror aktı hazırlamaqda şübhəli bilinir.

Daha bir saxlanılma Britaniya paytaxtının şimalında həyata keçirilib. Burada söhbət 23 yaşlı qadından gedir.

"O, Belçika federal polisi ilə Suriyaya səfərlərin təşkilinə köməklik göstərilməsi ilə bağlı birgə araşdırma çərçivəsində saxlanılıb. Qadın terror aktı hazırlamaqda şübhəli bilinir", - deyə məlumatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi