Londonda sutka ərzində 4 nəfər bıçaqlanaraq qətlə yetirilib

Londonda sutka ərzində 4 nəfər bıçaqlanaraq qətlə yetirilib Bir fakt üzrə 5 nəfər saxlanılıb
Digər ölkələr
1 Yanvar , 2018 17:02
Londonda sutka ərzində 4 nəfər bıçaqlanaraq qətlə yetirilib

Bakı. 1 yanvar. REPORT.AZ/ Londonda sutka ərzində 4 nəfər bıçaq yarasından dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə Skotlend-Yardın saytında məlumat yerləşdirilib.

İdarədən bildirildiyinə görə, cinayət hadisəsi bir-biri ilə əlaqəli deyil. Onlardan üçü dekabrın 31-i, daha biri isə yanvarın 1-i baş verib.

Bununla belə, qeyd olunur ki, bir iş üzrə 5 nəfər şübhəli şəxs saxlanılıb.

Eyni zamanda, polis yanvarın 1-i daha bir nəfərin bıçaqlandığını bildirib. Hazırda yaralı xəstəxanadadır.

Son xəbərlər

Orphus sistemi