Bakı. 19 iyun. REPORT.AZ/ Londonun şimal-şərqində naməlum sürücünün furqonu axşam namazından sonra məsciddən çıxanların üzərinə sürməsi nəticəsində 10-dan çox insan xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
İnsidentdən dərhal sonra yerli sakinlər sürücünü tutaraq polisə təhvil veriblər. Hadisə şahidləri insidentdən sonra bir neçə nəfərin yerdə hərəkətsiz qaldığını iddia edirlər.
Skotlend-Yardın yaydığı məlumatda isə hadisə nəticəsində 1 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilir.
Londonda sürücü furqonu insan izdihamının üzərinə sürüb, ərazi polis tərəfindən mühasirəyə alınıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Polis hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb, bir nəfərin saxlanıldığını məlumat verib.