Londonda qaz sızması səbəbiylə 500 nəfər təxliyə olunub

Londonda qaz sızması səbəbiylə 500 nəfər təxliyə olunub Hadisə yerinə xeyli sayda təcili yardım maşını və həkim cəlb olunub
Digər ölkələr
3 Yanvar , 2016 13:01
Londonda qaz sızması səbəbiylə 500 nəfər təxliyə olunub

Bakı. 3 yanvar. REPORT.AZ/ İngiltərə paytaxtı Londonun cənubunda yerləşən Penc rayonunda qaz sızması səbəbiylə təxminən 500 nəfər təxliyə edilib. "Report" "BBC" telekanalına istinadən xəbər verir ki, qaz sızması gecə baş verib. 

Təxliyə edilən insanlar dörd qəbul mərkəzində yerləşdirilib. Əraziyə gedən yollar bağlanılıb. Hadisə yerinə xeyli sayda təcili yardım maşını və həkim cəlb olunub.

Xəsarət alanlar haqqında məlumat verilməyib. Təxliyə edilmiş bəzi sakinlərə bu gün səhər öz evlərinə qayıtmağa icazə verilib.

Son xəbərlər

Orphus sistemi