Londonda partlayış olub

Londonda partlayış olub İngiltərənin paytaxtı Londonun yanğınsöndürənləri “Elephant Castle” metrostansiyasının yaxınlığında kommersiya obyektlərini, avtomobillərini, telefon köşkünü bürümüş alovu söndürürlər.
Digər ölkələr
28 İyun , 2021 18:19
Londonda partlayış olub

İngiltərənin paytaxtı Londonun yanğınsöndürənləri “Elephant & Castle” metrostansiyasının yaxınlığında kommersiya obyektlərini, avtomobillərini, telefon köşkünü bürümüş alovu söndürürlər.

“Report” xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin məlumatında bildirilir.

"Dəmir yolu tağlarının altında üç ticarət obyekti, həmçinin dörd avtomobil və dəmiryol vağzalının yanında telefon köşkü yanır. Yol bağlanıb və insanlara bu əraziyə gəlməkdən çəkinmək, pəncərələri və qapıları bağlı saxlamaq tövsiyə edilir", - xidmətin tvitterdəki səhifəsində deyilir.

Ərazidə 10 yanğınsöndürən maşın və 70 yanğınsöndürən işləyir.

Hadisə ilə bağlı yayılan video və fotolarda yanğın yerində tüstünün qalxması əks olunur. Şahidlərin sözlərinə görə, hadisə yerində partlayışa oxşar səslər eşidilib.

Son xəbərlər

Orphus sistemi