Londonda partlayış olub - FOTO

Londonda partlayış olub - FOTO Bakı. 21 oktyabr. REPORT.AZ/ Britaniyanın paytaxtı London şəhərində partlayış olub.
Digər ölkələr
21 Oktyabr , 2018 05:35
Londonda partlayış olub - FOTO

Bakı. 21 oktyabr. REPORT.AZ/ Britaniyanın paytaxtı London şəhərində partlayış olub.

"Report" xəbər verir ki, bu barədə tanınmış jurnalist Paul Vuud özünün "Twitter" səhifəsində bildirib.

Onun sözlərinə görə, hadisə Vervur-Roudda qeydə alınıb. Partlayışın ardından yanğın baş verib.

Partlayışın başvermə şəraiti araşdırılır. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hələlik ölənlər və ya xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, ötən ay da Londonda partlayış olub. BBC-nin binası yanında avtomobil partladılıb.

Son xəbərlər

Orphus sistemi