Yuxarı
    Bağlamaq

    Londonda naməlum şəxs məscid yaxınlığında bıçaqla insanlara hücum edib

    Hadisə nəticəsində azı bir nəfər xəsarət alıb© Twitter

    Bakı. 19 iyun. REPORT.AZ/ Londonun Finsberi parkı ərazisindəki məscid yaxınlığında bıçaqla silahlanmış şəxs yoldan keçənlərə hücum edib.

    "Report" "Reuters"ə istindən xəbər verir ki, insident nəticəsində ən azı bir nəfər xəsarət alıb.

    Bu hadisədən bir qədər əvvəl sözügedən ərazidə sürücü furqonu məsciddən çıxan insanların üzərinə sürüb. Hadisə nəticəsində 10-dan çox insanın yaralandığı, 2 nəfərin öldüyü bildirilir. Hadisəni törədən şəxs saxlanılıb.

    İki hadisə arasında bir bağlılığın olub-olmadığı barədə məlumat verilmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi