Londonda müdafiə nazirlərinin sülhməramlı sammiti işə başlayır

Londonda müdafiə nazirlərinin sülhməramlı sammiti işə başlayır Konfransda 80 ölkənin nümayəndəsi iştirak edəcək
Digər ölkələr
8 Sentyabr , 2016 06:36
Londonda müdafiə nazirlərinin sülhməramlı sammiti işə başlayır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Britaniyanın paytaxtı Londonda BMT-ın sülh missiyalarında iştirak edən ölkələrin müdafiə nazirlərinin görüşü keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, toplantının gedişatında dörd mövzuda plenar iclas təşkil olunacaq: "Qadınlar, dünya və təhlükəsizlik", "Sülh əməliyyatlarından əvvəl və sonra", "Seksual istismara və zorakılığa qarşı mübarizə", "Sülhməramlılığın təsirinin artması: güclərin sürətli genişlənməsi".

Toplantının qapalı hissəsində müdafiə nazirlərinin bir neçə ikitərəfli görüşü keçiriləcək. ABŞ-ın müdafiə naziri bildirib ki, o, Türkiyə, Ukrayna və İsraildən olan həmkarları ilə ikitərəfli danışıqlar aparacaq.

Konfransda təxminən 80 ölkənin nümayəndəsinin iştirak edəcəyi gözlənilir. Rusiya danışıqlara qatılmayıb.

Son xəbərlər

Orphus sistemi