Londonda metro stansiyası şübhəli bağlama səbəbindən bağlanıb

Londonda metro stansiyası şübhəli bağlama səbəbindən bağlanıb Hadisə yerinə polis əməkdaşları cəlb olunub
Digər ölkələr
23 Mart , 2017 05:18
Londonda metro stansiyası şübhəli bağlama səbəbindən bağlanıb

Bakı. 23 mart. REPORT.AZ/ London metrosunun "Qrinviç" stansiyasının sərnişin və personalı şübhəli bağlama səbəbindən təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Daily Express" qəzeti yazıb.

Stansiya polis tərəfindən mühasirəyə alınıb.

İctimai nəqliyyat ilə stansiya arasında əlaqə kəsilib.

Martın 22-də Londonun Vestminster körpüsü üzərində terror aktı törədilib. Avtomobil ilə hərəkətdə olan naməlum kişi maşını piyadaların üzərinə sürüb. Lakin sonda maneəyə çırpılıb. Daha sonra kişi maşından çıxıb və bıçaqla polislərdən birinə xəsarət yetirib, ardınca polisin həmkarları caniyə atəş açaraq onu öldürüblər. Son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi