Londonda keçirilən "Beynəlxalq Neft Həftəsi" başa çatıb

Londonda keçirilən "Beynəlxalq Neft Həftəsi" başa çatıb London. 28 fevral. REPORT.AZ/ İngiltərənin paytaxtı Londonda keçirilən ənənəvi Beynəlxalq Neft Həftəsi başa çatıb.
Digər ölkələr
28 Fevral , 2019 21:48
Londonda keçirilən Beynəlxalq Neft Həftəsi başa çatıb

London. 28 fevral. REPORT.AZ/ İngiltərənin paytaxtı Londonda keçirilən ənənəvi "Beynəlxalq Neft Həftəsi" başa çatıb.

"Report"un Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, neft həftəsinin son günündə Yaxın Şərq və Şimali Afrika sektorunda "dəyirmi masa", "Rəqəmsal inqilab: neft və qazda rəqəmsal texnologiyaların növbəti sərhədi", "Boru xəttindəki qadınlar - enerji sektorunda inkişaf edən karyera", "Orta Şərq sammiti" mövzularında konfrans və seminarlar keçirilib.

"Neft Həftəsi"nin sonunda neft və qaz sənayesində olan şirkətlər, nümayəndələr üçün şam yeməyi təşkil edilib.

"Neft Həftəsi" çərçivəsində "Dəyişən dünyada yeni enerji erası", "İqlim dəyişikliyinə qarşı mübarizə üçün atılmalı addımlar", "Rusiyanın beynəlxalq neft və qaz sektorunda rolu", Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı seminar və konfranslar baş tutub.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Beynəlxalq Neft Həftəsi" çərçivəsində “Natural History Museum”də uğurlu tədbir həyata keçirib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın paytaxtında keçirilən "Beynəlxalq Neft Həftəsi"ndə “Xəzər dənizi regionunda neft və qaz hasilatındakı artım” mövzusunda seminar baş tutub.

Son xəbərlər

Orphus sistemi