Bakı. 18 Aprel. REPORT.AZ/ “British Airways” aviaşirkətinə məxsus “A320” tipli sərnişin təyyarəsi pilotsuz uçan apparatla toqquşub.
“Report” xəbər verir ki, insident təyyarə Londonun Xitrou hava limanına eniş edərkən baş verib.
Qəza zamanı hava gəmisinin göyərtəsində 132 sərnişin olub. Heyət komandirinin uçuş səviyyəsi yerdən 150 metr yuxarıda ikən dronun fərqinə varıb.
Toqquşmaya baxmayaraq, Cenevrədən Londona uçan təyyarə uğurla eniş edib. Endikdən sonra mütəxəssislər təyyarəyə baxış keçirib və heyət üzvlərinə növbəti planlaşdırılmış uçuşu həyata keçirmək icazəsi veriblər.