Londonda ekoloji hərəkatın 100-dən çox tərəfdarı saxlanılıb

Londonda ekoloji hərəkatın 100-dən çox tərəfdarı saxlanılıb London polisi "Extinction Rebellion" ekoloji hərəkatının tərəfdarlarının təşkil etdiyi etiraz aksiyalarında 100-dən çox ekofəalı saxlayıb.
Digər ölkələr
24 Avqust , 2021 22:28
Londonda ekoloji hərəkatın 100-dən çox tərəfdarı saxlanılıb

Böyük Britaniyanın paytaxtı Londonda polis "Extinction Rebellion" ekoloji hərəkatının tərəfdarlarının təşkil etdiyi etiraz aksiyalarında 100-dən çox ekofəalı saxlayıb.

"Report" xəbər verir ki, bu barədə London hüquq-mühafizə orqanlarının yaydığı məlumatda deyilir.

Bu gün keçirilən etirazlar nəticəsində Londonun bir sıra küçələri bağlanıb.

Daha əvvəl "Extinction Rebellion" hərəkatının nümayəndələri ictimaiyyətin diqqətini ətraf mühit və iqlim dəyişikliyinə cəlb etmək üçün iki həftə ərzində hər gün nümayişlər keçirmək niyyətində olduqlarını bildirmişdilər.

Fəallar hökumətdən bərpa olunmayan enerji mənbələrinə sərmayə qoymağı dayandırmağı tələb edirlər.

2018-ci ildə vüsət alan ətraf mühit hərəkatı bir il sonra genişmiqyaslı etiraz aksiyalarına başlayıb.

Son xəbərlər

Orphus sistemi