Britaniya paytaxtında daha iki silahlı insident baş verib

Britaniya paytaxtında daha iki silahlı insident baş verib Restoranda naməlum şəxs bıçaqla insanlara hücum edib
Digər ölkələr
4 İyun , 2017 03:42
Britaniya paytaxtında daha iki silahlı insident baş verib
Courtesy İmage

Bakı. 4 iyun. REPORT.AZ/ Britaniyanın paytaxtı London şəhərində sürücünün mikroavtobusu insanların üzərinə sürdüyü London-Bridc körpüsünün yaxınlığındakı restoranda daha iki silahlı insident baş verib.

"Report" xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Xəbərdə bildirilir ki, restoranda naməlum şəxs bıçaqla insanlara hücum edib. Nəticədə bir neçə nəfər xəsarət alıb.

Digər KİV orqanları isə hadisənin "Boro-market" bazarında baş verdiyini bildiriblər.

Xəsarət alanlar restorandan çıxarılıb.

London polisi "Twitter"də daha bir insidentin baş verməsi haqda qısa xəbər yayıb. Xəbərdə bildirilir ki, hadisə paytaxtın Vokshol rayonu ərazisində qeydə alınıb.

Hələlik təfərrüatlar barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi