Londonda binanın yanması nəticəsində ölənlərin sayı 79-a çatıb

Londonda binanın yanması nəticəsində ölənlərin sayı 79-a çatıb Yanğından zərərçəkənlərə dövlət tərəfindən 5500 funt yardım veriləcək
Digər ölkələr
19 İyun , 2017 14:05
Londonda binanın yanması nəticəsində ölənlərin sayı 79-a çatıb

Bakı. 19 iyun. REPORT.AZ/ Londonda “Grenfell Tower” adlı çoxmərtəbəli binanın yanması nəticəsində ölənlərin sayı 79-a çatıb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, çoxlu sayda sakin isə hələ də itkin düşmüş sayılır.

Xəstəxanaya yerləşdirilən 19 nəfərdən 10-nun vəziyəti ağır qıymətləndirlib.

İyunun 14-də baş verən yanğından zərər çəkən hər sakinə dövlət tərəfindən 5500 funt yardım veriləcək. Bu məbləğin 500 funtu nəğd şəkildə təqim olunacaq, qalan maliyyə vəsaiti isə bank hesablarına köçürüləcək.

Britaniyanın baş naziri Tereza Mey bu günlərdə bildirib ki, zərərçəkənlərə yardım məqsədi ilə 5 milyon funt həcmində fond yaradılıb.

Qeyd edək ki, binanın yanması səbəbi hələ də araşdırılır. 

Son xəbərlər

Orphus sistemi