Yuxarı

Londonda insanlara bıçaqla hücum edən şəxs Somali əsilli Norveç vətəndaşı olub

Polis hücumun həmin şəxsin psixi durumu ilə bağlı olduğunu düşünür

Bakı. 4 avqust. REPORT.AZ/ Londonun mərkəzində bıçaqla yoldan keçənlərə hücum edən şəxsin Somali əsilli Norveç vətəndaşı olduğu üzə çıxıb.

"Report" xəbər verir ki, bu barədə Skotlend Yarddan bildiriblər.

Polisin saxladığı Somali əsilli 19 yaşlı Norveç vətəndaşı əvvəlcə xəstəxanaya, oradan da polsi bölməsinə aparılıb.

Polis hücumun çox güman, həmin şəxsin psixi durumu ilə bağlı olduğunu düşünür.

Qeyd edək ki, bir qadının öldüyü hadisə nəticəsində 5 nəfər yaralanıb. Yaralılar Böyük Britaniya, ABŞ, Avstraliya və İsrail vətəndaşlarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi