Bakı. 4 iyun. REPORT.AZ/ Britaniyanın paytaxtı London şəhərində avtomobili piyadaların üzərinə sürən sürücü saxlanılıb.
"Report"un məlumatına görə, bu barədə "BBC"nin əməkdaşı xəbər verib.
Telekanalın əməkdaşı Holli Consun sözlərinə görə, mikroavtobusun sürücüsü nəqliyyat vasitəsini səkinin üstünə sürərək bir neçə nəfəri vurub. O, sürücünün polis tərəfindən saxlanıldığını təsdiqləyib.