Londonda avtobus dayanacağa girib, 20 nəfər yaralanıb

Londonda avtobus dayanacağa girib, 20 nəfər yaralanıb Bakı. 12 noyabr. REPORT.AZ/ Londonda marşrut avtobus idarəetmədən çıxaraq dayanacağa girib.
Digər ölkələr
12 Noyabr , 2018 01:40
Londonda avtobus dayanacağa girib, 20 nəfər yaralanıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Londonda marşrut avtobus idarəetmədən çıxaraq dayanacağa girib.

“Report” BBC-yə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 20 nəfər xəsarət alıb, ölənlərin olması barədə məlumat yoxdur.

Yaralılardan 18-i xəstəxanaya yerləşdirilib. Lakin onlardan biri hadisə yerindən vertolyotla təxliyyə olunub.

Avtobus sürücüsünün sükan arxasında içkili vəziyyətdə olduğu bildirilir. O, saxlanılıb.

Bundan əvvəl Saatlıda baş vermiş qəzada ana və 1 yaşlı oğlu həyatını itirib.

Son xəbərlər

Orphus sistemi