Londonda 400-ə yaxın karnaval iştirakçısı saxlanılıb

Londonda 400-ə yaxın karnaval iştirakçısı saxlanılıb Bakı. 29 avqust. REPORT.AZ/ Britaniyanın paytaxtı Londonun Nottinq-Hill rayonunda hər il keçirilən afrokarib festivalı bu dəfə küçə davaları ilə nəticələnib.
Digər ölkələr
29 Avqust , 2018 06:49
Londonda 400-ə yaxın karnaval iştirakçısı saxlanılıb

Bakı. 29 avqust. REPORT.AZ/ Britaniyanın paytaxtı Londonun Nottinq-Hill rayonunda hər il keçirilən afrokarib festivalı bu dəfə küçə davaları ilə nəticələnib.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumatda bildirilir ki, qarşıdurmalar nəticəsində 1 yerli sakin və 30-a yaxın polis əməkdaşı saxlanılıb. Qarşıdurmalarla əlaqədar polis bölməsinə 370-dən çox adam gətirilib. Onların üstündə narkotik və silah aşkarlanıb.

Saxlanılanların 156-da qadağan olunmuş əşyalar aşkarlanıb. 69 nəfər karnavala elektroşokla, bıçaqla, dəyənəklə gəlib. Daha 9 nəfər təcavüzdə şübhəli bilinir. 

Son xəbərlər

Orphus sistemi