London vağzalında yanğın səbəbindən 2 min sərnişin təxliyyə edilib

London vağzalında yanğın səbəbindən 2 min sərnişin təxliyyə edilib Yanğın qısa qapanmadan baş verib
Digər ölkələr
13 İyul , 2017 02:24
London vağzalında yanğın səbəbindən 2 min sərnişin təxliyyə edilib
Foto:Twitter

Bakı. 13 iyul. REPORT.AZ/ Londonun Paddinqton vağzalında yanğınla bağlı həyəcan siqnalının işə düşməsi səbəbindən ərazidən təxminən iki min nəfər təxliyyə edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, yanğın elektrik lövhəsində qısa qapanmadan baş verib.

Yanğın hazırda söndürülüb, lakin hadisə qatarların hərəkət cədvəlində dəyişikliklərə səbəb olub. Təcili xidmət orqanları hadisə yerində iş aparır.

Son xəbərlər

Orphus sistemi