London polisi 63 yaşlı Belçika şahzadəsini saxlayıb

London polisi 63 yaşlı Belçika şahzadəsini saxlayıb London polisi Trafalqar meydanında ekoloji etirazda iştirak edən Belçika şahzadəsi Esmeraldanı saxlayıb.
Digər ölkələr
13 Oktyabr , 2019 10:12
London polisi 63 yaşlı Belçika şahzadəsini saxlayıb

London polisi Trafalqar meydanında ekoloji etirazda iştirak edən Belçika şahzadəsi Esmeraldanı saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, 63 yaşlı şahzadə beş saat polis idarəsində saxlanılıb və ona qarşı hər hansı bir ittiham sürülmədən sərbəst buraxılıb.

Qeyd olunub ki, şahzadə qlobal istiləşmə ilə mübarizə aparan ekoloji hərəkatın oturma aksiyasında iştirak edib.

İngiltərə polisi artıq şəhərin mərkəzində ekoloji fəlakətə qarşı etiraz aksiyası keçirən 1100-dən çox insanı saxlayıb. Onlar paytaxtın hər yerində, o cümlədən Trafalqar meydanında əsas yolları bağlayaraq düşərgələr qurublar.

Son xəbərlər

Orphus sistemi