London metrosunda ispanca danışan qadına hücum olunub

London metrosunda ispanca danışan qadına hücum olunub Bakı. 15 aprel. REPORT.AZ/ London metrosunda ispan dilində danışan qadına hücum edilib.
Digər ölkələr
15 Aprel , 2018 05:57
London metrosunda ispanca danışan qadına hücum olunub

Bakı. 15 aprel. REPORT.AZ/ London metrosunda ispan dilində danışan qadına hücum edilib.

"Report" xəbər verir ki, bu barədə "Independent" məlumat yayıb.

Məlumatda bildirilir ki, 24 yaşlı gəncə iki qadın hücum edib. Qadınlar gəncin saçından tutaraq dartıblar və onu stansiyanın peronuna atıblar.

Gəncin rəfiqələri ilə ispanca danışması qadınların xoşuna gəlməyib. Bu səbəbdən onlar gəncin üstünə qışqıraraq, "İngiltərədə ingiliscə danışmaq lazımdır", - deyə ona irad bildiriblər.

Polis hesab edir ki, hücum hadisəsi irqi düşmənçilik zəminində baş verib.

Son xəbərlər

Orphus sistemi