London metrosunda baş vermiş hadisə zamanı 15 nəfər xəsarət alıb

London metrosunda baş vermiş hadisə zamanı 15 nəfər xəsarət alıb Metronun platformasında iki kişi mübahisə edibmiş
Digər ölkələr
25 Noyabr , 2017 04:59
London metrosunda baş vermiş hadisə zamanı 15 nəfər xəsarət alıb

Bakı. 25 noyabr. REPORT.AZ/ London metrosunun "Oxford Circus" stansiyasında baş vermiş hadisə zamanı 15 nəfər xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, yerli KİV əvvəlcə insanların işdən çıxan vaxtı London metrosunda atəş səslərinin eşidildiyi barədə məlumat yayıb. Sonradan bu məlumat öz təsdiqini tapmayıb.

Həmin vaxt insanlar fəal şəkidə Milad hədiyyələri və bəzək əşyaları almaqla məşğul olurlarmış və stansiya adamla dolu olub.

Bu zaman metronun platformasında iki kişi arasıda mübahisə düşüb.

"Biz "Oxford Circus" ərazisini tərk edənə qədər travma almış bəzi pasientlərə yardım göstərdik. Yeddi pasientə yerində baxdıq və 8-ni isə kiçik xəsarətlərlə Londonun iki mərkəzi xəstəxanasına göndərdik. Biz həmçinin ayağından xəsarət almış bir zərərçəkmişi Travmatoloji Mərkəzə yolladıq", - deyə Londonun Təcili Yardım Xidmətinin "Twitter" mikrobloquna yerləşdirilən məlumatda bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə platformada iki kişinin mübahisə etməsi nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi