London məscidində Leyboristlər partiyasının liderinə yumurta atıblar

London məscidində Leyboristlər partiyasının liderinə yumurta atıblar Bakı. 4 mart. REPORT.AZ/ Böyük Britaniyanın Leyboristlər partiyasının lideri Ceremi Korbinə Finsberidəki London məscidini ziyarət edən zaman yumurta atıblar.
Digər ölkələr
4 Mart , 2019 03:09
London məscidində Leyboristlər partiyasının liderinə yumurta atıblar

Bakı. 4 mart. REPORT.AZ/ Böyük Britaniyanın Leyboristlər partiyasının lideri Ceremi Korbinə Finsberidəki London məscidini ziyarət edən zaman yumurta atıblar.

"Report" "Sky News"a istinadən xəbər verir ki, yumurta onun başına dəyib, lakin Korbin zərər çəkməyib.

Telekanalın məlumatına görə, yumurtanı atan şəxs hadisə yerində saxlanılıb.

Bildirilir ki, tutulan şəxsin 41 yaşı var və o, qatı "Brexit" tərəfdarıdır.

Ceremi Korbin dəfələrlə baş nazir Tereza Mey və onun Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı mövqeyini sərt şəkildə tənqid edib.

Son xəbərlər

Orphus sistemi