London məhkəməsi Assanjı girov müqabilində azadlığa buraxmaqdan imtina edib

London məhkəməsi Assanjı girov müqabilində azadlığa buraxmaqdan imtina edib İndi o, ABŞ-ın ekstradisiya ilə bağlı müraciəti üzrə apellyasiyaya baxılana qədər həbsdə qalacaq
Digər ölkələr
6 Yanvar , 2021 17:41
London məhkəməsi Assanjı girov müqabilində azadlığa buraxmaqdan imtina edib
Culian Assanj

Londonun Vestminster rayonunun Magistrlar Məhkəməsi “Wikileaks”in qurucusu Culian Assanjı girov müqabilində sərbəst buraxmaqdan imtina edib

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Assanj daha əvvəllər girov müqabilində sərbəst buraxılma şərtlərini pozduğuna görə azadlığa çıxa bilməyib. Məhkəmə eyni əsaslarla vəkillərin əvvəlki bütün vəsatətlərini də rədd etmişdi.

İndi o, ABŞ-ın ekstradisiya ilə bağlı müraciəti üzrə apellyasiyaya baxılana qədər həbsdə qalacaq.

Xatırladaq ki, yanvarın 4-də London Mərkəzi Cinayət Məhkəməsi Assanjın ekstradisiyası ilə bağlı ABŞ hökumətinin iddiasını rədd etmişdi.

Son xəbərlər

Orphus sistemi