London "Brexit"dən sonra Aİ-də yaşayan britaniyalılara 3 milyon funt sterlinq ayıracaq

London "Brexit"dən sonra Aİ-də yaşayan britaniyalılara 3 milyon funt sterlinq ayıracaq Böyük Britaniya hökuməti Avropa İttifaqında (Aİ) yaşayan Birləşmiş Krallıq sakinlərinin sənədlərinin işlənməsinə yardım üçün 3 milyon funt sterlinq ayıracaq.
Digər ölkələr
30 Avqust , 2019 11:03
London Brexitdən sonra Aİ-də yaşayan britaniyalılara 3 milyon funt sterlinq ayıracaq

Böyük Britaniya hökuməti Avropa İttifaqında (Aİ) yaşayan Birləşmiş Krallıq sakinlərinin sənədlərinin işlənməsinə yardım üçün 3 milyon funt sterlinq ayıracaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunur ki, Britaniyanın Aİ-dən oktyabrın 31-nə planlaşdırılan çıxışından sonra krallıqda və Aİ-də yaşayan britaniyalılar qeydiyyatdan keçməli və sakin statusu almalıdırlar.

Bunun üçün onlar ərizə təqdim etməli, sorğu anketlərini doldurmalı və onları miqrasiya xidmətlərinə göndərməli, sonra isə biometrik prosedurlardan keçməlidirlər. Eyni zamanda, Britaniya hökuməti rezident statusu alınmasında çətinlik çəkənlərə kömək edəcək.

Britaniya XİN-dən bildirilib ki, rəsmi London göstərilən məbləği Aİ ölkələrində yaşayan Britaniya vətəndaşlarına rezident kimi qeydiyyatdan keçməyin zəruriliyi barədə məlumat verəcək və ərizələrin verilməsində onlara kömək edəcək xeyriyyə və könüllü təşkilatlara ayıracaq.

Son xəbərlər

Orphus sistemi