“Lockbit” kibercinayətkar dəstəsi beynəlxalq polis əməliyyatı ilə ifşa olunub

“Lockbit” kibercinayətkar dəstəsi beynəlxalq polis əməliyyatı ilə ifşa olunub Qurbanlarının məlumatlarını fidyə üçün saxlayan məşhur kibercinayətkar dəstə olan “Lockbit” Böyük Britaniyanın Milli Cinayət Agentliyi və ABŞ Federal Təhqiqat Bürosu tərəfindən nadirən həyata keçirilən hüquq-mühafizə orqanlarının beynəlxalq əməliyyatında
Digər ölkələr
19 fevral 2024 21:34
“Lockbit” kibercinayətkar dəstəsi beynəlxalq polis əməliyyatı ilə ifşa olunub

Qurbanlarının verilənlərini (data) fidyə üçün saxlayan məşhur kibercinayətkar dəstə olan “Lockbit” Böyük Britaniyanın Milli Cinayət Agentliyi və ABŞ Federal Təhqiqat Bürosu tərəfindən nadirən həyata keçirilən hüquq-mühafizə orqanlarının beynəlxalq əməliyyatında ifşa olunub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumat cinayətkarların saytında dərc edilib.

“Bu sayt indi FTB və beynəlxalq hüquq-mühafizə işçi qrupu olan “Kronos Əməliyyatı” ilə sıx əməkdaşlıq edən Böyük Britaniyanın Milli Cinayət Agentliyinin nəzarəti altındadır”, – yazıda deyilib.

Qeyd edək ki, “Lockbit” dünyanın ən məşhur və aktiv “ransomware” (şantajçı) qruplarından biridir. Onlar kompüter sistemlərinə girişi bloklayan və verilənlərin bərpası üçün qurbanlardan fidyə tələb edən virusdan istifadə edirlər. Bundan başqa, tələblər yerinə yetirilməsə, oğurlanmış verilənləri dərc etməklə hədələyirlər.

Son xəbərlər

Orphus sistemi