Lixtenşteynin şahzadəsi Mariya vəfat edib

Lixtenşteynin şahzadəsi Mariya vəfat edib Lixtenşteyn knyazı II Hans-Adam xanımı, şahzadə Mariya (Mariya Kinsk fon Vxinis və Tettau vəfat edib.
Digər ölkələr
183
22 Avqust , 2021 10:06
Lixtenşteynin şahzadəsi Mariya vəfat edib
II Hans-Adam və Mariya Kinsk fon Vxinis və Tettau

Lixtenşteyn knyazı II Hans-Adamın xanımı, şahzadə Mariya (Mariya Kinsk fon Vxinis və Tettau) vəfat edib.

“Report” xəbər verir ki, bu barədə knyaz evinin bəyanatında deyilir.

Qeyd edilir ki, o, 81 yaşında dünyasını dəyişib.

Şahzadənin şənbə günü ailəsinin əhatəsində öldüyü bildirilir. Açıqlamaya görə, o, çərşənbə günü insult keçirib, bundan sonra səhhəti tədricən pisləşib.

Mariya 1940-cı ildə Praqada anadan olub. 1967-ci ildə II Hans-Adamla ailə qurub, cütlüyün dörd övladı var.

Son xəbərlər

Orphus sistemi