​Liviyanın XİN rəhbərinin müavini oğurlanıb

​Liviyanın XİN rəhbərinin müavini oğurlanıb Hazırda nazir müavininin harada olduğu məlum deyil
Digər ölkələr
25 Yanvar , 2015 18:41
​Liviyanın XİN rəhbərinin müavini oğurlanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Liviyanın xarici işlər nazirinin müavini Həsən əl-Saqira naməlum şəxslər tərəfindən oğurlanıb.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə nazirlikdəki mənbə məlumat verib.

Məlumata görə, silahlı şəxslər Əl-Saqiranın qaldığı otelə özlərini təhlükəsizlik xidmətinin əməkdaşları kimi təqdim edərək daxil olublar. Hazırda nazir müavininin harada olduğu məlum deyil. Otel əməkdaşlarının sözlərinə görə, siyasətçi "naməlum istiqamətdə" aparılıb.

Son xəbərlər

Orphus sistemi