Yuxarı

​Liviyanın qanuni hökuməti Tripoliyə gəlib

Ölkə paytaxtına baş nazir və Nazirlər Kabinetinin 7 üzvü təşrif buyurub

Bakı. 31 mart. REPORT.AZ/ Liviyanın milli birlik hökuməti üzvlərini daşıyan gəmi Tunisdən paytaxt Tripolidəki hərbi dəniz bazasına gəlib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ölkə paytaxtına baş nazir Fayez Sərrac başda olmaqla Nazirlər Kabinetinin 7 üzvü gəlib.

"Biz Liviya ərazisində atəşkəs rejimi və milli barışığın əldə olunması, həmçinin məcburi köçkünlərin geri qaytarılması ilə məşğul olacağıq", — deyə Sərrac bildirib.

O əlavə edib ki, yeni hökumət İŞİD terrorçuları ilə mübarizə aparacaq.

Qeyd olunur ki, hərbi gəmi ciddi müdafiə tədbirləri ilə müşahidə olunub. Şəhərdə yeni hökumət tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib. O cümlədən, qondarma ölkə hakimiyyətini dəstəkləyən kabel telekanalının yayımı dayandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi