Bakı. 18 dekabr. REPORT.AZ/ Naməlum şəxslər Liviyanın Misrata şəhərinin merini qaçıraraq öldürüblər.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin mərkəzi xəstəxanasının nümayəndəsi Əkrəm Kalyun bildirib.
Onun sözlərinə görə, mer Məhəmməd Eştiuini dünən axşam şəhər aeroportundan qaçırıblar. Türkiyədən səfərdən qayıdan meri naməlum istiqamətdə aparan şəxsiyyəti hələlik məlum olmayan şəxslər əvvəlcə onun ayaqlarına atəş açıblar, sonra isə küt alətlə başından vurublar.
Ə.Kalyun merin cəsədinin şəhər xəstəxanalarından birinin yaxınlığına atıldığını deyib.
Misrata Şəhər Şurası merin ölümüilə əlaqədar üç günlük matəm elan edib.