Bakı. 21 sentyabr. REPORT.AZ/ Liviyanın Hun şəhərinə endirilmiş hava zərbəsi zamanı azı 8 mülki sakin həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Reuters" yerli xəstəxananın əməkdaşlarına istinadən xəbər yayıb.
Məlumata görə, ölənlər arasında qadınlar, uşaqlar da var.
Hava zərbəsinin hansı hərbi qüvvənin təyyarəsi tərəfindən endirildiyi hələlik məlum deyil.
Ölkənin bu ərazisinə loyal şərq hökuməti nəzarət edir.