Bakı. 27 May. REPORT.AZ/ Naməlum silahlı qruplaşma üzvləri ötən gün Liviyanın baş naziri Abdulla at-Taninin kortejini atəşə tutub.
"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, parlament binasını tərk edərək şəhər mərkəzinə yollanan baş nazirin özü insident nəticəsində zərər çəkməyib. Lakin onun cangüdənlərindən biri yaralanıb.