Liviyadan qaçqınların təxliyyəsinə başlanılıb

Liviyadan qaçqınların təxliyyəsinə başlanılıb BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR – United Nations High Comissioner for Refugees) daxili müharibəyə sövq edilən Liviyadan qaçqınların təxliyyəsinə başlayıb.
Digər ölkələr
19 Aprel , 2019 14:25
Liviyadan qaçqınların təxliyyəsinə başlanılıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR – United Nations High Comissioner for Refugees) daxili müharibəyə sövq edilən Liviyadan qaçqınların təxliyyəsinə başlayıb.

“Report” “EyewitnessNews”ə istinadən xəbər verir ki, əsasən qadın və uşaqlardan ibarət 163 nəfərlik ilk qrup həmsərhəd ölkələrdən Nigerə çıxarıldığı halda daha 3 minədək sakin silahlı toqquşmalar üzündən saxlama mərkəzlərində qalıb.

UNHCR rəhbəri Filippo Qrandi, həmçinin, döyüşlərin getdiyi əraziyə yaxın saxlama mərkəzlərindən daha 539 qaçqının təxliyyə olunduğunu deyib.

Niger hökumətinin qaçqınları qəbul etməklə bağlı göstərdiyi həmrəyliyi dünya üçün nümunəvi davranış kimi dəyərləndirən BMT rəsmisi başqa ölkələrin də bu yükü paylaşaraq liviyalı qaçqınları təhlükəsiz yerlərə çıxartmaq üçün dəstək göstərmələrinin vacib olduğunu bildirib.

Xatırladaq ki, Liviyada Xəlifə Həftara bağlı hərbi birləşmələrlə Milli Uzlaşma Hökumət hərbçilər arasında döyüşlər nəticəsində Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 200-dək ölən və 900-dək yaralanan var. Beynəlxalq Miqrasiya Təşkilatına görə, 25 minədək sakin yurd-yuvalarını tərk edib.

Son xəbərlər

Orphus sistemi