Liviyada yaşayış məhəlləsi atəşə tutulub: 3 ölü, 12 yaralı

Liviyada yaşayış məhəlləsi atəşə tutulub: 3 ölü, 12 yaralı Benqazinin yaşayış rayonu minaatanlardan atəşə tutulub
Digər ölkələr
5 Oktyabr , 2016 03:38
Liviyada yaşayış məhəlləsi atəşə tutulub: 3 ölü, 12 yaralı

Bakı. 5 oktyabr. REPORT.AZ/ Liviyanın Benqazi şəhərində yaşayış rayonunun minaatanlardan atəşə tutulması nəticəsində ən az 3 dinc sakin ölüb, 12 nəfər yaralınb.

"Report" xəbər verir ki, bu barədə xəstəxana nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

General Xəlifə Həftara sadiq xüsusi təyinatlıların nümayəndəsi Fadel əl-Hassi bildirib ki, atəş "terror qruplaşmaları" tərəfindən tutulan mövqelərdən minaatanlar vasitəsi ilə açılıb.

General Xəlifə Həftarın komandanlıq etdiyi ordu ölkənin şərqində yerləşir və Tripolidəki hakimiyyəti tanımayan Liviya parlamentinin müttəfiqidir.

Liviyada martın 31-də baş nazir Fayez əs-Sarac olmaqla yeni milli birlik hökuməti öz işinə başlayıb. Hökumət 2011-ci ildə Müəmmar Qəddafi rejiminin devrilməsindən sonra dağılma astanasında olan ölkənin bütövlüyünü bərpa etməyə ümid bəsləyir.

Liviyanın ayrıca rayonları hələ də İŞİD terror qruplaşması ilə əlaqəli olan yaraqlıların nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi