Liviyada yaraqlılar ölkəyə məxsus təyyarəni vurublar

Liviyada yaraqlılar ölkəyə məxsus təyyarəni vurublar Təyyarə Benqazidə vurulub
Digər ölkələr
19 Mart , 2017 02:16
Liviyada yaraqlılar ölkəyə məxsus təyyarəni vurublar

Bakı. 19 mart. REPORT.AZ/ Feldmarşal Xəlifə Bilqasim Həftarın komandanlıq etdiyi Liviya milli ordusuna məxsus “Miq-21” qırıcı təyyarəsi Benqazi şəhərində yaraqlılar tərəfindən vurulub.

“Report” “Franc Press”ə istinadən xəbər verir ki, nəticədə pilot sağ qalıb və katapult olunaraq Hay əs-Salam rayonunda yerə enib.

Onun təyyarəsi Suq əl-Hut zolağında yerə düşüb.

Təyyarə Əs-Səbri sahil rayonunda yaraqlıların mövqelərinə zərbələrin endirilməsi üzrə tapşırıq yerinə yetirirmiş, lakin düşmən ona raket atıb.

Son xəbərlər

Orphus sistemi