Bakı. 4 fevral. REPORT.AZ/ Yaraqlılar Liviyanın mərkəzindəki əl-Mabruk neft yatağını ələ keçiriblər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Liviya Milli Neft Şirkətinin təmsilçisi Məhəmməd əl-Həriri deyib.
Onun sözlərinə görə, gecə saatlarında "naməlum silahlılar əl-Mabruk neft yatağını ələ keçirib".
Ölkənin Sirt şəhərindən 170 km cənubda yerləşən bu yataq Milli Neft Şirkətinə məxsusdur. Bu şəhərin "Ənsar əl-Şəria" adlandırılan islamçı yaraqlılarının nəzarətində olduğu bildirilir.
Ötən ilin dekabrından həmin yataqda işlər dayandırılıb.