Liviyada yaraqlılar neft limanına hücum edib

Liviyada yaraqlılar neft limanına hücum edib "Benqazinin müdafiəsi briqadaları"nın yaraqlıları yerli aerodromu ələ keçirməyi bacarıb
Digər ölkələr
4 Mart , 2017 15:51
Liviyada yaraqlılar neft limanına hücum edib

Bakı. 4 mart. REPORT.AZ/ Liviyada yaraqlılar marşal Xəlifə Haftarın başçılıq etdiyi ölkə ordusu tərəfindən nəzarət edilən Ras Lanuf neft limanına hücum ediblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ordunun nümayəndəsi Əhməd əl-Mismari bildirib.

Qeyd edək ki, Liviyada əsas neft terminalları 2016-cı ildə Haftarın qüvvələri tərəfindən yaraqlılardan azad edilib. Haftar Tripolidəki ölkə hökumətini tanımır.

Əl-Mismarinin sözlərinə görə, Ras Lanufa yeni hücumun arxasında "Benqazinin müdafiəsi briqadaları"nın yaraqlıları dayanır. Yaraqlılar artıq yerli aerodromu ələ keçirməyi bacarıblar.

Son xəbərlər

Orphus sistemi