Yuxarı

Liviyada vahid hökumətin ilk üzvlərinin adları qarşıdakı günlərdə açıqlana bilər

Bunu BMT-nin Liviyadakı elçisi Bernardino Leon bildirib

Bakı. 23 mart. REPORT.AZ/ BMT-nin Liviyadakı elçisinin sözlərinə görə ölkənin vahid hökumətinin ilk üzvlərinin adları qarşıdakı günlərdə açıqlana bilər.

“Mümkündür ki, biz prosesdə irəliləyişə nail olaq və bu həftə vahid hökumətin ilk üzvlərinin adlarını açıqlayaq”, - deyə Bernardino Leon Brüsseldə müxbirlərə bildirib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Liviyada vəziyyətin hələ də çətin olmasını nəzərə alaraq Bernardino daha çox gözləntilərdən danışmaqdan ehtiyat edib.

Leon bildirib ki, Liviyanın paytaxtı Tripolidə şiddətli döyüşlərin getməsinə baxmayaraq BMT-nin Mərakeşdə başçılıq etdiyi sülh danışıqları iki gün də uzadılacaq.

İki rəqib hökumət və silahlı fraksiyaların ölkəyə nəzarət etmək uğrunda mübahisəsi bundan yararlanan islamçı yaraqlıların ölkədə mövqeləri ələ keçirməsinə səbəb olub.

Qərb liderləri bildirib ki, Liviyada baş qaldıran xaosun qarşısını almaq üçün BMT danışıqları yeganə çıxış yoludur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi