​Liviyada silahlı qarşıdurma nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb

​Liviyada silahlı qarşıdurma nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb Hadisə "Liviyanın şəfəqi" Alyansı dəstələrinin keçmiş silahlıları arasında baş verib
Digər ölkələr
24 İyun , 2016 19:05
​Liviyada silahlı qarşıdurma nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb

Bakı. 24 iyun. REPORT.AZ/ Liviyanın paytaxtı Tripolidə silahlı qruplar arasında baş verən atşıma nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Tirpolinin Əbu-Slim məhəlləsində baş verib.

Hadisə il yarım əvvəl paytaxtı ələ keçirən "Liviyanın şəfəqi" Alyansı dəstələrinin keçmiş silahlıları arasında qeydə alınıb.

Məlumata görə, atışmaya səbəb qruplar arasında nüfuz urğunda mübarizə göstərilir.  

Son xəbərlər

Orphus sistemi