Liviyada silahlı hücumda ölənlər və yaralananlar var

Liviyada silahlı hücumda ölənlər və yaralananlar var Qiyamçı Xəlifə Haftara bağlı silahlıların Tripoli şəhərinə raket hücumu nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Digər ölkələr
8 May , 2020 13:19
Liviyada silahlı hücumda ölənlər və yaralananlar var

Qiyamçı Xəlifə Haftara bağlı silahlıların Tripoli şəhərinə raket hücumu nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, raketlər Türkiyənin Tripolidəki səfirliyinin yerləşdiyi rayona da düşüb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti “Vaqner" Hərbi Şirkətin üzvlərinin Liviyada beynəlxalq ictimaiyyətin qəbul etdiyi rəsmi Tripoliyə qarşı silahlı qiyam edən general Xəlifə Haftar tərəfindən döyüşdüyünü bildirib. BMT-nin monitorinq missiyasının hesabatında onların sayının 1 200-dən çox olduğu vurğulanıb.

ABŞ dövlət katibi köməkçisinin müavini Kristofer Robinsonunun sözlərinə görə, Vaşinqton Vaqneri “özəl hərbi şirkət” hesab etmir: “Onların arsenalında özəl şirkətlərin malik olması mümkün olmayan ağır, müasir hərbi texnika var. Bu onu göstərir ki, “Vaqner”in fəaliyyətinə Rusiya hökuməti rəhbərlik edir”.

Son xəbərlər

Orphus sistemi