Liviyada silahlı dəstə Maliyyə Nazirliyinə basqın edərək şöbə müdirini qaçırıb

Liviyada silahlı dəstə Maliyyə Nazirliyinə basqın edərək şöbə müdirini qaçırıb Basqınçılar Büdcə İşləri şöbəsinin rəhbəri Nuri Embiyeni naməlum istiqamətə aparıb
Digər ölkələr
31 Yanvar , 2017 07:14
Liviyada silahlı dəstə Maliyyə Nazirliyinə basqın edərək şöbə müdirini qaçırıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Liviyada silahlı dəstə Maliyyə Nazirliyinin binasına hücum edib.

"Report"un xəbərinə görə, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Məlumata görə, basqın zamanı nazirliyin büdcə işləri şöbəsinin rəhbəri Nuri Embiye qaçırılıb.

Liviyanın Milli Razılaşma hökumətinə bağlı Maliyyə Nazirliyi tərəfindən yayılan bəyanatda "Maliyyə Nazirliyinin binasına basqın təşkil edən silahlı qrup Büdcə İşləri Şöbəsinin müdiri Nuri Embiyeni qaçırıb" – ifadələri yer alıb.

Sənəddə vəzifəsinin səlahiyyətlərini icra edən zaman qaçırılan şöbə müdirinin hansı istiqamətə aparıldığına dair məlumat verilmir. Bununla yanaşı, müvafiq qurumlara nazirlik rəsmisinin ailəsinə sağ-salamat qovuşması və təhlükəsizlik içində vəzifəsini yerinə yetirməsi üçün zəruri olan addımları atmaq çağırışı edilib.

Son xəbərlər

Orphus sistemi