Yuxarı

Liviyada Ras-Lanuf şəhərində baş verən partlayışda 6 nəfər ölüb, 40-dan çox insan yaralanıb

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb

Bakı. 8 yanvar. REPORT.AZ/ Liviyada Ras-Lanuf şəhərində baş verən partlayışda 6 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ölənlər arasında uşaq da var.

Partlayış şəhərin girişində baş verib. Terrorçu-kamikadze partlayıcı ilə dolu bir avtomobillə insanların sıx olduğu əraziyə yaxınalaşaraq, özünü partladıb. Hadisə nəticəsində 40-dan çox insan yaralanıb. Eyni zamanda böyük bir neft çənində yanğın baş verib.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşmasının yaraqlıları üzərinə götürüb.

Xatırladaq ki, İŞİD yaraqlıları dünən Zliten şəhərindəki Polis Akademiyasının yaxınlığında terror hücumu həyata keçirib və hadisə nəticəsində təqribən 70 nəfər dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi